Cinayət işinin başlanmasından sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin icraata götürülməsi və ibtidai istintaq aparılması üçün cinayət işini müstəntiqə göndərir və ya cinayət işini öz icraatına götürür və ibtidai istintaq aparır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Eyni zamanda  müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə ibtidai istintaq aparır, təhqiqatçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə təhqiqat aparır.