İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı yalnız həmin cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə, cinayət işinin başlanması haqqında məsələnin həll edilməsi üçün isə cinayətin törədildiyi yer üzrə yoxlama hərəkətlərinin aparılması zərurəti olduqda, istintaq aidiyyəti üzrə göndərə bilər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.