Əmlakın (gəminin, yükün və fraxtın) ümumi dəyəri, hansına ki uyğun olaraq ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin örtülməsi üçün ödənişlər təyin edilir (əmlakın kontribusiya dəyəri), gəmi səfərini başa çatdırdıqdan sonra bu əmlakın həqiqi xalis dəyəri əsasında müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu dəyərə, əgər belə məbləğ ona daxil edilməyibsə, qurban verilmiş əmlakın ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən məbləğ əlavə edilir.