İnsanların və heyvanların qapanma yerinə yaxınlaşmasının qarşısını almaq üçün naqilin və ya HX-nin dayağının yaxınlığında mühafizə təşkil edilməli, mümkün olarsa, xəbərdaredici nişanlar quraşdırılmalı və baş verənlər barədə hava xəttinin sahibinə məlumat verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan hava xəttinin ümumi dayaqlarında naqillər və çıraqlar birgə asıldıqda küçə işıqlandırılması təsərrüfatında işlər hava xətti sahiblərinin razılığı ilə yerinə yetirilir.