Hava xətlərində ölçmələr qurtardıqda hansı tədbirlər görülməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xətlərində ölçmələr qurtardıqda aşağıdakı tədbirlər görülməlidir:
– impulslu xətt ölçəni açmaq;
– hava xəttini torpaqlamaq;
– impulslu xətt ölçənin naqillərini torpaqlamaq;
– ştanqı hava xəttinin naqilindən çıxarmaq;
– ştanqı impulslu xətt ölçənin naqilindən çıxarmaq.