Siqnalçılar və yol işarələri kəsişmə yerlərinin hər 2 (iki) tərəfindən 100 m məsafədə və ya hava xəttinin yollarla yaxın olan hissəsində yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Siqnalçıların günorta vaxtı özləri ilə qırmızı bayraqları, günün qaranlıq vaxtı isə qırmızı fənərləri və yüksək görüntüyə malik siqnal geyimləri olmalıdır. Hava xətti trasının ağaclardan təmizlənməsinə (meşə sahələrinin qırılmasına) görə işlər Azərbaycan Respublikasının Meşə Məcəlləsinin tələblərinə uyğun icra olunmalıdır.