Naqil belə qaldırılmalıdır

16 Sentyabr 2024, 08:05

Kəndir 2 (iki) yerdən, kəsişmə yerinin hər 2 (iki) tərəfindən və onların uclarını lövbərə və ya konstruksiyaya bərkitməklə atılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Naqil (tros) asta-asta qaldırılmalıdır. Gərginlik altında olan naqillərdən yuxarıda yerləşən naqillərdə (troslarda) və onlara aid izolyatorlarda və armaturlarda işlər həmin naqillərin istismarçısı tərəfindən təsdiqlənmiş işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.