Ölçü cihazları, rele mühafizəsi və elektroavtomatika, telemexanika və rabitə qurğularının ikinci tərəf dövrələrinin quraşdırılması, təmiri və istismarı zamanı nələrə yol verildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Ölçü cihazları, rele mühafizəsi və elektroavtomatika, telemexanika və rabitə qurğularının ikinci tərəf dövrələrinin quraşdırılması, təmiri və istismarı zamanı, həmçinin kommutasiya aparatlarının intiqallarında və aqreqat şkaflarında işlərə, onların gərginlik altında olub-olmamasından asılı olmayaraq aşağıdakılara yol verilir:
– bu dövrələr və qurğular gərginliyi 1000 V-dan yuxarı olan cərəyandaşıyan hissələri olmayan çəpərlənmiş, yaxud çəpərlənməli olmayan yüksəklikdə yerləşən yerləşgələrdə olduqda elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik iş icraçısına təkbaşına işləməyə;
– rele mühafizəsi və elektroavtomatika qurğularına xidmət göstərənlərdən elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik iş icraçısı eyni zamanda işəburaxan funksiyalarını icra edə bilər. Bu halda işlər sərəncamla yerinə yetirildikdə işləmə yerlərinin hazırlanması üçün təhlükəsizlik tələblərini də o, müəyyən edir. İşləmə yerlərinin hazırlanması üçün birinci tərəf avadanlıqları açılmalı, elektrik qurğularının gərginliyi 1000 V-dan yuxarı olan hissələrdə müvəqqəti çəpərlənməli və ya torpaqlanmalı deyilsə, iş icraçısının işəburaxanın funksiyalarını icra etməsinə;
– işləmə yerlərinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsin icazəsi ilə iş icraçısının bu Qaydalarda göstərilən qurğuları açmağa və qoşmağa, həmçinin açarları açmağa və qoşmağa görə mühafizə və avtomatika qurğularının sınaq yoxlamasına.