Naqilləri sıxaclara keçirərkən keçirilmə başa çatan qonşu anker aşırımı induksiyalanmış gərginlik altında olan kimi hesab edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Onlarda naqillərə toxunmaqla işlərin aparılmasına onları işləmə yerində torpaqladıqdan sonra yol verilir. Mobil qaldırıcı platformadan naqillərdə (troslarda) yerinə yetirilən işlər zamanı, həmin platformanın işçi meydançası potensialın daşınması üçün ştanq vasitəsilə en kəsiyi 10 mm2 olan elastik mis naqil ilə xəttin naqilinə birləşdirilməli, mobil qaldırıcı platforma isə torpaqlanmalıdır. Bu zaman naqil yaxın dayaqda və ya aşırımda torpaqlanmalıdır.