Sınaq naqilini sınağı aparılan avadanlığın fazasına (qütbünə) və ya kabelin damarına birləşdirməyə və onu ayırmağa iş rəhbərinin göstərişi ilə torpaqladıqdan sonra yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Sınaq gərginliyi verilməzdən əvvəl iş icraçısı aşağıdakıları etməlidir:

– sınaq sxeminin düzgün yığılmasını, işçi və mühafizə torpaqlanmasının etibarlılığını yoxlamalıdır;

– briqadanın üzvlərinin və mühafizəçilərin onlara göstərilən yerlərdə olmasını, kənar adamların çıxarılmasını və avadanlığa sınaq gərginliyinin verilməsinin mümkünlüyünü yoxlamalıdır;

– briqada üzvlərini “GƏRGİNLİK VERİRƏM” sözləri ilə xəbərdar etmək və xəbərdarlığı briqada üzvlərinin eşitdiyinə əmin olduqdan sonra sınaq qurğusunun çıxışından torpaqlanmanı çıxarmalı və ona gərginlik verməlidir.