Respublikçıların prezidentliyə namizədi, sabiq prezident Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.
Heftelik.az-ın “New York Post”-a istinadən verdiyi məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.
İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib. Eeks-prezidentin oğlu internetdə Trampın qolf klubunun yaxınlığında, atışmanın baş verdiyi yerə yaxın AK-47 avtomat silahının tapıldığı və şübhəlinin saxlanıldığı barədə məlumat yayıb. “New York Post” isə Trampın qolf klubunun qarşısında iki nəfərin bir-birinə atəş açdığını və eks-prezidentin hədəf olmadığını yazıb. Tramp həmin vaxt “West Palm Beach”dəki qolf klubundan çıxırmış.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bəyanatında bildirilir ki, FTB Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışmanı araşdırır və hadisəni ona sui-qəsd cəhdi kimi qiymətləndirir.
Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rutdur.
Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.
“The New York Post” isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.
Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.