Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərtinin hansı hallarda etibarsız hesab edilə və ya dəyişdirilə biləcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərti aşağıdakılara görə etibarsız hesab edilə və ya dəyişdirilə bilər:
– müqavilə həddindən artıq təsir və ya təhlükə altında bağlandıqda və onun şərtləri ədalətli olmadıqda;
– müqavilə ilə nəzərdə tutulmuş mükafat faktik göstərilmiş xidmətlərə münasibətdə həddən artıq qaldırıldıqda və ya azaldıldıqda.