Türkiyəli məşhur aktrisa Beren Saat yeni seriala çəkilir.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, “Aşk-ı Memnu”, “Fatmagülün suçu ne?”, “Atiye” kimi bir çox layihələrdə rol alan Beren Saat yeni serial üçün anlaşıb.
Kamera qarşısına keçməyə hazırlaşan aktrisa 4 serialıq layihədən 15 milyon TL qazanacaq. Filmin çəkilişlərinə payızda başlanılması planlaşdırılır.
Qeyd edək ki, məşhur olduğu gündən həm gözəlliyi, həm də aktrisalığı ilə diqqət çəkən Beren Saat, son olaraq Netflix-də yayımlanan və baş rolu Kıvanç Tatlıtuğla paylaşan “İstanbula son zəng” filmi ilə diqqət çəkib.