Beyrutdakı partlayışda İran səfiri yaralanıb.

Heftelik.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.

Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.

Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Qurğular Livanın cənubunda da partlayıb.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.