Bioloji ziyanvericilərlə zədələnmiş sənədlər başqa sənədlərdən ayrılır və müvafiq sanitar-gigiyenik təmizlənmədən keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Qutularda və bağlamalarda belə ziyanvericilərlə zədələnmiş iş aşkar edilərsə, bu bağlamada və ya qutuda olan bütün işlər və həmin qəfəsədə zədələnmiş işlə 50 sm məsafədə olan qalan işlər müvafiq təmizlənmədən keçirilir.

Xüsusi təmizlənmədən keçirilmiş işlər 2 ay müddətinə başqa işlərdən kənarda karantinə qoyulur və sonradan təkrar nəzərdən keçirilir.