Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xüsusi ittiham qaydasında təqib edilən cinayətlər haqqında zərər çəkmiş şəxslərin şikayətlərini məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş tədbirlər görməlidir.