Sınağı keçirilən avadanlıq, sınaq qurğusu və onlar arasında birləşdirici naqillər bayır tərəfdən üzərində “SINAQ. HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” sözləri yazılmış lövhələrlə, kanatla çəpərlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kənar şəxslərin sınaq qurğusuna, birləşdirici naqillərə və sınağı keçirilən avadanlığa yaxınlaşmasının qarşısını almaq üçün elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərindən mühafizəçi qismində qoymağa yol verilir.