İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsini elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsi öncədən torpaqlanma qoymaqla qalıq yükü çıxarılmış, açılmış cərəyandaşıyan hissələrdə yerinə yetirilməlidir. Cərəyandaşıyan hissələrdən torpaqlanma yalnız meqaommetr qoşulduqdan sonra çıxarılmalıdır.