Cinayət işlərinin birləşdirilməsi Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə, ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda və ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır.