Elektrik enerjisinin uçotu cihazları ilə ən azı 2 (iki) mütəxəssis işləməlidir. Cərəyan transformatorlarına qoşulmuş elektrik sayğaclarının dövrələrində işləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislər yerinə yetirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik enerjisinin uçotu cihazları ilə işlər gərginlik çıxarılmaqla aparılmalıdır. Ölçü transformatorlarına qoşulmuş elektrik sayğacları dövrələrində sınaq blokları (qutuları) olduqda elektrik sayğacları sxemindən gərginlik göstərilən bloklar vasitəsilə çıxarılmalıdır.