Gəmi mülkiyyətçisi hadisədən sonra məsuliyyətin məhdudlaşdırılması fondunu yaratdığı və məsuliyyətinin məhdudlaşdırılmasına hüququ olduğu halda bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edən heç bir şəxsin belə tələbin gəmi sahibinin digər əmlakının hesabına ödənilməsinə hüququ yoxdur.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu halda eyni zamanda məhkəmə bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələb üzrə həbs qoyulmuş gəminin və ya gəmi mülkiyyətçisinə məxsus olan digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq üçün verilən hər hansı bir girovu və ya digər təminatı azad edir.