İşlərin icra layihələrində naqillərin (trosların) enməsinin qarşısını almaq və insanların induksiyalanmış gərginliyin təsirindən mühafizəsi üçün təhlükəsizlik tələbləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu işləri görərkən naqillərin (trosların) dəyişdirilməsi hava xəttini kəsən naqillərdən gərginliyi çıxarmaqla, həmçinin onun kəsişmənin aşırımında torpaqlanması yolu ilə yerinə yetirilməlidir.