İşlərin mövcudluğu və vəziyyəti yoxlanarkən hansı tələblərə riayət olunmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İşlərin mövcudluğu və vəziyyəti yoxlanarkən aşağıdakı tələblərə riayət olunmalıdır:
– işlərin qəfəsələrdə və qutularda yerləşdirilmə qaydalarına əməl edilməli;
– yoxlamalar zamanı yerlərinə düzgün qoyulmayan sənədlər aşkar edildikdə öz yerinə qoyulmalı;
– müxtəlif bioloji ziyanvericilərlə zəhərlənmiş işlər digər işlərdən dərhal ayrılmalı;
– siyahıya alınmamış işlər fondun sonunda yerləşdirilməlidir (yoxlama dövründə aşkar edilmiş qeydiyyatsız işlərin siyahıya alınması qadağan edilir).