Küçə işıqlandırılması təsərrüfatında texniki xidmət göstərilərkən və təmir edilərkən armaturların təmizlənməsi və çıraqların lampalarının dəyişdirilməsi də daxil olmaqla, çıraqlar naqillərdən ən azı 0,6 m aşağıda yerləşdikdə dayaqdan torpaqlanma enməsi olmayan ağac dayaqlardan və ya dayağa bərkidilməklə elektrik izoləolunmuş söykəmə nərdivanlarından işlərin işıqlandırma təsərrüfatını şəbəkədən açmadan sərəncam üzrə icra edilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Digər hallarda hava xəttinin dayağında asılan naqilləri dövrədən açmaq və torpaqlamaq işləri naryad üzrə yerinə yetirilməlidir.