Mühafizəxanalara yalnız arxiv işləri bölməsinin əməkdaşları daxil ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Digər şəxslər ora yalnız arxiv işləri bölməsinin rəhbərliyinin və ya PX rəisinin icazəsi ilə daxil ola bilər. Mühafizəxanaların təmizlənməsi və başqa işlərin görülməsi yalnız arxiv işləri bölməsi əməkdaşlarının yanında aparılır.