Müəyyənləşdirilmiş mükafatın xilas edənlər arasında bölüşdürülməsi həmin maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Xilasetmə əməliyyatının yerinə yetirilməsi nəticəsində qazanılmış istənilən mükafatın gəmi sahibi və gəmi heyəti üzvləri arasında bölüşdürülməsi xilasetmə əməliyyatı ilə əlaqədar onların çəkdikləri xərclər çıxılandan sonra aşağıdakı qaydada həyata keçirilir:
– mükafatın netto dəyərinin beşdə üç hissəsi gəmi sahibinə çatır, beşdə iki hissəsi isə gəmi heyəti üzvləri arasında bölüşdürülür;
– gəmi heyəti üzvlərinə çatacaq pay onların arasında hər birinin xilasetmə əməliyyatında göstərdiyi səy və əmək haqları nəzərə alınmaqla bölüşdürülür.