Naqillərdə (troslarda) işləyərkən nələrin qadağan olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Naqillərdə (troslarda) işləyərkən aşağıdakılar qadağan olunur:

– mobil qaldırıcı platformasını naqillə birləşdirdikdən sonra mobil qaldırıcı platformanın kabinəsinə girmək və ondan çıxmaq, yerdə durub platformanın gövdəsinə toxunmaq;

– sonsuz kəndir qismində metal trosdan istifadə etmək.