Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.

***

saat 11.36

Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, azərbaycanlı sabiq vəkil saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev iş adamı Aleksey Blinovskini inandırıb ki, külli miqdarda pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Elman Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

***

saat 09.06

Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Elman Paşayev  saxlanılıb.

Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.