Şəhadətnamədə hansı məlumatların olmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:
– gəminin adı, onun çağırış siqnalı və qeydiyyata alındığı liman (yer);
– gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;
– gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi;
– məsuliyyətin maliyyə təminatının növü və onun qüvvədəolma müddəti;
– şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yer.
– şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.