Qurğunun çıxışından torpaqlanma çıxarıldığı andan sınaq qurğuları sınağı aparılan avadanlıq və birləşdirici naqillər də daxil olmaqla gərginlik altında hesab olunmalıdır və sınaq sxemində və qurğularda, sınağı aparılan avadanlıqda birləşdirmə aparmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sınaq qurğusunun çıxışına gərginlik verilən andan ona daxil olmaq və ondan çıxmaq, sınağı aparılan avadanlıqda olmaq, həmçinin yer üstündə duraraq sınaq qurğusunun gövdəsinə toxunmaq qadağandır.