Xilas edənin vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən aşağıdakıları etməyə borcludur:
– xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir;
– nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün lazımi qayğı göstərməlidir;
– halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə müraciət etməlidir;
– təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə altında olan digər əmlakın sahibinin tələbi ağlabatan olduqda, əgər bu, mükafatın miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq verməlidir.