Anker dayağında ilgəclər (şleyflər) yalnız bu dayaqla qonşu anker aşırımlarında quraşdırma işləri bitdikdən sonra birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 110 kV və daha yuxarı olan hava xətti anker dayağında ilgəclər birləşdirilənədək naqilə və ya dartıcı izoləedici asmaya bərkidilməlidir, amma traversdən başlayaraq dördüncü izolyatordan yaxın olmamaqla 35 kV və daha aşağı hava xəttində isə yalnız naqildə bərkidilməlidir.