Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.

Heftelik.az-ın olay.az-a istinadən verdiyi məlumata görə, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib.

İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın sağ tərəfdən tıra girib. T. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilib.