Sınaq zonasını mühafizə edən briqada üzvləri çəpərdən kənarda dayanmalı və sınağı keçirilən avadanlığı gərginlik altında olan kimi saymalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bu briqada üzvləri işləmə yerini yalnız iş icraçısının razılığı ilə tərk edirlər. Əks-ucu bağlı yerləşgədə, kamerada və ya KPQ-nin bölməsində yerləşən KX-ni sınaqdan keçirərkən qapılarda və ya çəpərləmələrdə “SINAQ. HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” sözləri yazılmış təhlükəsizlik plakatları asılmalıdır.