Digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə), qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda və cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz.