Arxiv işləri bölməsinin rəhbəri dəyişilərkən Penitensiar Xidmət tərəfindən təyin edilmiş 3 nəfərdən ibarət komissiya sənədlərin, avadanlıqların və inventarın təhvil-təslimini həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Komissiya mühafizəxanaların vəziyyətini, sənədlərin mühafizə şəraitini, işlərin mövcudluğunu və vəziyyətini, möhürlərin və ştampların mövcudluğu və tamlığını, texnoloji avadanlığın, inventarın vəziyyətini yoxlayır.