Ermənistan Azərbaycanın təbii qazını almağa hazırdır.
Heftelik.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu Baş nazir Nikol Paşiyan bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri Ermənistan ərazisindən keçərsə, Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırdırlar.