Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya təhlükə altında olan digər əmlakın sahibinin nələri etməyə borclu olduqları müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları etməyə borcludurlar:
– xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər;
– nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün lazımi qayğı göstərməlidirlər;
– əgər xilas edənin tələbi ağlabatandırsa, təhlükəsiz yerə çatdırılandan sonra gəmini və ya digər əmlakı qəbul etməlidirlər.