“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin yeni sədri postuna ən real namizəd məlum olub.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, bu posta ən real namizəd VI Çağırış Milli Məclisin deputatı Emin Hacıyevdir.

Emin Hacıyev son parlament seçkilərində iştirak etməyib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadədir. VI Çağırış Milli Məclisin deputatı olmuş Şahin Seyidzadə bu posta təyin edilməsi ilə əlaqədar Konstitusiyanın tələbinə uyğun olaraq deputat mandatından imtina etmişdi. Şahin Seyidzadə növbədənkənar parlament seçkilərində iştirak edərək yenidən deputat seçilib. Parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri postunu tuta bilməz.