Hava xəttinin dayağında gərginliyi 0,4 kV və 6 – 10 kV olan naqillər ilə birlikdə asılmış hava xəttinin və küçə işıqlandırması xətlərində naqillərin tənzimlənməsi, quraşdırılması və dəyişdirilməsi üzrə işlər gərginliyi 10 kV-dək olan (daxil olmaqla) hava xəttinin açılması və onların “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun torpaqlanması yolu ilə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşlər naryad üzrə aparılmalıdır, iş icraçısı elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı qrupa malik olmamalıdır.