Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir qrup şəxsin meyit qalıqları müəyyən edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlu Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlu isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.
Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.