Kəsilməyə başlamazdan öncə ağacların naqillərin üzərinə aşmasının qarşısını almaq üçün kanatlardan istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Ağacları mişarlanma və kəsilmə olmadan, eləcə də sona qədər kəsilməmiş hissənin saxlanılmaması ilə yıxmağa yol verilmir. Əyilmiş ağaclar onların əyildiyi tərəfə aşırılmalıdır, lakin ağacların hava xəttinə aşması təhlükəsi zamanı HX açılmayana qədər onların aşırılmasına yol verilmir.