Cərəyandaşıyan hissələrin izolyasiyasının müqavimətini meqaommetrlə ölçərkən birləşdirici naqillər onlara izoləedici tutqaclar (ştanq) vasitəsilə birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında bundan əlavə dielektrik əlcəklərdən istifadə edilməlidir. Meqaommetrlə işləyərkən onun birləşdiyi cərəyandaşıyan hissələrə toxunmaq qadağandır.