İş vaxtı başa çatdıqdan sonra mühafizəxanaya cavabdeh olan əməkdaş bu otağın vəziyyətini yoxlayır, siqnalizasiya sistemini qoşur, qapını bağlayır və möhürləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Mühafizəxanaların və metal şkafların açarları xüsusi penala qoyulur. Penal qapının möhürləndiyi möhürlə möhürlənir və təhvil-qəbul jurnalında qeydiyyat aparılaraq, arxiv işləri bölməsinin rəisinə təhvil verilir.