“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Report kluba istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.Yens Andersson 2023-cü ilin sentyabrından “ağ-qaralar”da çalışırdı.