Qazboşaldıcı lampaların işəsalma-tənzimləmə aparatında işləyərkən onun çırağın ümumi sxemindən açılmasına kimi ilkin olaraq naqili şəbəkədən açmalı və boşaldıcı rezistorların olmasından asılı olmayaraq statik kondensatorlar boşaldılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxsin biliyini yoxlamaq üçün “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun olaraq yaradılan komissiyanın tərkibinə gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 kV-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı qrupa malik (avadanlıqların sınağı üzrə) mütəxəssislər cəlb olunur.