Sonrakı zərər üzrə TƏLƏBLƏR

18 Sentyabr 2024, 08:18

Əgər zərərə görə cavabdeh olan şəxs bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq öz məsuliyyətini məhdudlaşdıra bilərsə, zərərin qarşısını almaq və ya onu azaltmaq məqsədi ilə zərərə görə cavabdeh olan şəxsdən fərqli olan digər şəxsin gördüyü tədbirlər nəticəsində vurulan zərər üzrə və belə tədbirlərin səbəb olduğu sonrakı zərər üzrə tələblər məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Nəzərdə tutulmuş tələblər zərərə görə cavabdeh olan şəxslə bağlanmış müqaviləyə əsasən verilən mükafata aid olan hissədə məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşmür.