2000 tondan artıq nefti dolduraraq yük kimi daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən, çirkləndirmədən vurulan zərərə görə öz məsuliyyətini örtmək üçün Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq olaraq çirkləndirmədən vurulan zərərə görə məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının qarantiyasını) təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.