ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayaraq Rusiya ilə maliyyə əməliyyatlarına davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyib.

Heftelik.az xəbər verir ki, bu məlumatı TASS ilə söhbətində Türkiyə maliyyə konsaltinqi sahəsindəki mənbə təsdiqləyib.

Mənbə bildirib ki, ABŞ hökumətinin nümayəndələrini Türkiyə banklarını sanksiyalar ilə hədələyiblər.

“Aydınlıq” qəzeti isə mart ayında ABŞ-ın Türkiyədəki səfirliyi və baş konsulluğunun ayrı-ayrı əməkdaşlarının şirkətlərə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya Federasiyası ilə iş görməkdən çəkindirərək, sanksiyalarla hədələdiyini yazıb.