Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Astara rayonunun Motlayataq kənd vahidliyinə daxil olan Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib və avtomobil 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə dağlıq ərazidə baş verib.

Şahin Şiriyev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə bədən xəsarətləri alıb. Araşdırma aparılır.